26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Kafu: "Təəssüf ki, "Roma"nın "Qarabağ"la matçlarına baxa bilməmişəm"

"Bura gələndən sonra Azərbaycan futbolu ilə maraqlanmağa başladım. FIFA-nın yeni layihələri çərçivəsində Bakıya yenidən səfər edə bilərəm".

Futbolxeber.az saytının məlumatına görə, bunu Bakıda səfərdə olan braziliyalı ikiqat dünya çempionu Kafu jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. Veteran futbolçu digər sualları da cavablandırıb.

- "Qarabağ" Avropa Liqasında "Arsenal" və "Sportinq" kimi komandalarla rəqabət apara bilərmi?

- Meydanda olanda hər şey özündən asılıdır. İlk öncə özünə inanıb meydana çıxmalısan. Hər bir komanda müsbət nəticə qazana bilər.

- Sabiq komandanız İtaliya "Roma"sının ötən mövsüm Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirdiyi oyunlara baxmısınız?

- Təəssüf ki, həmin oyunu izləyə bilməmişəm.

- Azərbaycanda çıxış edən braziliyalı oyunçulardan kimisə tanıyırsınız?

- Braziliyalı futbolçular dünyanın hər yerində çıxış edir. Bu, sevindirici haldır.

- Uzun müddətdir braziliyalı oyunçular dünyanın ən yaxşı futbolçusu seçilə bilmir. Neymar bu uğursuz ənənəyə son qoya bilərmi?

- Neymar böyük oyunçudur. İnanıram ki, o növbəti dünya çempionatlarında Braziliya yığmasının uğur qazanmasına töhfə verəcək. Neymar gələcəkdə "Qızıl top" ala bilər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30