19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Azərbaycana gəlməmişdən əvvəl çempionatın səviyyəsinin yüksək olmadığını düşünürdüm"

"Keşlə"nin müdafiəçisi Edvinas Qirdvaynis "Sumqayıt"la görüşdəki məğlubiyyəti şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, litvalı oyunçu komandasının növbəti məğlubiyyəti barədə bunları deyib: "Məğlubiyyət barədə nəsə demək çətindi. Biz qol imkanlarımızı reallaşdıra bilmədik, rəqib isə qol epizodlarından istifadə etdi. Komandaya kimin və nəyin kömək olacağını bilmirəm. Hamımız birləşib hazırkı durumdan çıxmalıyıq. Daha bu cür olmaz. Bizim yaxşı komandamız var, qalib gələrək hazırkı durumdan çıxmalıyıq".

"Maddi problem? Xeyr, elə bir problemimiz yoxdu. Qarşıda "Qarabağ" və "Qəbələ" ilə oyunlar bizi gözləyir. Bu çempionatda hər bir oyun ağır alınır. Heç bir komanda xalı elə-belə vermir. Azərbaycana gəlməmişdən əvvəl çempionatın səviyyəsinin yüksək olmadığını düşünürdüm. Amma indi görürəm ki, həqiqətən də burada bütün klublar futbol oynaya bilir" - deyə, Edvinas fikirlərini yekunlaşdırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30