28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Bakı"nın "qəbirqazan"ı: "Təslim olmayıb, sonadək mübarizə apardıq"

“Bakı” - “Qəbələ” qarşılaşması mövsümün ilk matçı olduğundan hər iki komanda üçün önəm kəsb edirdi. Hər iki kollektiv çempionata qələbə ilə başlamaq istəyirdi. Bu baxımdan futbolçuların üzərinə böyük məsuliyyət düşürdü. “Bakı” matça daha yaxşı başladı və erkən qola sevindi. Lakin təslim olmadıq, sonadək mübarizə aparıb yekunda qələbə qazandıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Premyer Liqanın ilk turunda baş tutan “Bakı” - “Qələbə” matçında sonradan oyuna daxil olan və 2 qola imza atmaqla komandasına qələbə qazandıran Viktor Mendi söyləyib. Hücumçu komandasının layiqli qələbə qazandığını, qalibiyyətdə pay sahibi olduğu üçün sevincli olduğunu deyib: “Komanda olaraq yaxşı hazırlıq prosesi keçdik. Bunun nəticəsini də gördük. Oyuna daxil olarkən özümə və kollektivimizə inanırdım. Qələbədə pay sahibi olduğuma görə sevincliyəm. Qarşıda bizi çətin oyunlar gözləyir və bu cür başlanğıc mənə gələcək üçün əlavə stimul verir. “Bakı”-“Qəbələ” oyunu artıq arxada qaldı. İndi bu oyunu yaxşı analiz etməli, səhvlərimizin üzərində işləyərək növbəti görüşlərə hazırlaşmalıyıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31