15 Dekabr 2018, Şənbə
Ərsun Yanal yenidən "Fənərbaxça"da
“Bu gün futbolçularımdan razı qaldım”
“Qarabağ” "Arsenal"a uduzdu
Prezident Mircavadovu mükafatlandırdı

Ölkə futbolu

Stankoviç insidentdən danışdı: "Bir az əl-qol atdıq"

"Qəbələ"nin müdafiəçisi Vojislav Stankoviç Topaz Premyer Liqasının V turunda "Qarabağ"a səfərdə 1:4 hesabıyla uduzduqları qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir. O, öncə görüş haqda danışıb:
 
 
- Oyuna yaxşı başladıq, 10-15 dəqiqə yaxşı çıxış etdik, Sonradan bilmirəm hansı səbəbdən top itirməyə başladıq. Nəticədə uğursuz qol buraxdıq. Ardından oyunumuz istədiimiz kimi heç olmadı. "Qarabağ" layiqli qələbə qazandı".
 
- Sizdə döyüşkən heyət idi, "Qarabağ"da isə ehtiyat. Belə səviyyə fərqi olduğu halda böyük hesabla uduzmaq üzücü deyil?
 
- Bunu deyə bilmərəm ki, üzücü idi, yoxsa yox. Bilirik ki, "Qarabağ" güclü komandadı, yaxşı heyəti var. Həm start "11-liy"ində, həm də ehtiyat oyunçular skamyasında olanlar səviyyəli futbolçulardı. Bu gün bəxtimiz gətirmədi - onlar 4 qol vurdu, biz 1. 
 
- İlk hissədə Araz Abdullayevlə insidentin oldun, aqressiv idin. Nə baş verdi?
 
- Heç nə. Bir dəfə oyun epzodunda oldu. O da topa oynadı, mən də. Bu zaman bir az əl-qol atdıq. Ancaq hər şey meydanda qaldı.
 
- "Qəbələ" 5 turdan sonra autsayderlər qrupundadı. Bundan sonra nə olacaq?
 
- Bilmirəm. Mövsümü istədiyimiz kimi başlamadıq. Komandamıza çoxlu yeni futbolçu gəlib, köhnələr gedib. İstədiyimiz kimi oynamırıq. Baxaq görək, necə olacaq. 
 
- Yaxşılaşma olacaqmı? Bu, oyununuzda görünmür....
 
- Bunun üzərində işləyirik. Çalışacağıq ki, oyunumuzu yaxşılaşdıraq. İndi alınmır. Ancaq fikrimcə, növbəti matçda yaxşı oynayarıq və qalib gələrik. 
 
- Belə söz-söhbətlər gəzir ki, komandada bəzi futbolçular baş məşqçi Sənan Qurbanou istəmirlər. Uğursuzluq bəlkə buna görədi?
 
- Yox, bu doğru məlumat deyil.
 
- Bəs özün Qurbanovdan razısan?
 
- Mən futbolçuyam və baş məşqçi haqda bir şey deyə bilmərəm. Baş məşqçi işini görür. Mənə hansı tapşırıq versə, bir futbolçu kimi meydanda onu yerinə yetirəcəm. Bu, işimdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31





Click to Visit