20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qoran Paratski: "Roberto Bordin dedi ki, qoldan sonra çox arxayın oynamağa başladınız"

"Neftçi”nin yarımmüdafiəçisi Qoran Paratski klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az-n məlumatına görə, "Zirə" ilə görüşdə komandasının qələbə qolunun müəllifi olan xorvatiyalı futbolçu zədəsinin ciddi olmayacağına ümid edir.
 
 
- "Neftçi”nin heyətində qol hesabını açdınız. Çox möhtəşəm qol alındı...
 
- Doğrudan da gözəl qol oldu. Amma bu qolun vacibliyi gözəlliyindən daha çoxdur. Çünki komandamıza qələbə qazandırdı. Bununla belə, təbii ki, "Neftçi”nin heyətində ilk qolu vurduğuma görə şadam.
 
- Oyun haqda nə deyə bilərsiniz?
 
- Çətin oldu. Günah özümüzdədir. Çünki erkən qoldan sonra sanki arxayınlaşdıq, düşündük ki, artıq qələbə qazanmışıq. Amma buraxılan qoldan sonra komanda öz gücünü, xarakterini göstərə bildi, ikinci qolu vurub və 3 xal qazandı. Bu, bizi ikiqat sevindirir. Düşünürəm ki, mövsümboyu belə çətin oyunlar olacaq. Hər oyunda qalib gəlmək üçün çalışmalıyıq.
 
- Fasilədə baş məşqçi Roberto Bordin komanda üzvlərinə nə dedi?
 
- Elə mən düşündüyümü dedi. Dedi ki, qoldan sonra çox arxayın oynamağa başladınız. Komanda özünü buraxmamalıdır, boşalmaq olmaz, toparlanmaq lazımdır. Rəqibə qarşı pressinq tətbiq edəndə, bu öz bəhrəsini verir. Baş məşqçi həmçinin bizə tapşırdı ki, topu çox saxlayaq. Gördüyünüz kimi, onun tövsiyələri ikinci hissədə bəhrəsini verdi.
 
- "Zirə” ilə oyun təkcə qol vurmağınızla yadda qalmadı. Həm də zədələndiniz. Zədəniz nə dərəcədə ciddidir?
 
- Hələ bilmirəm, amma həm ümid edirəm, həm də düşünürəm ki, ciddi zədə deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30