16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Üç xal qazanmaq yaxşı olardı"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının V turunda "Sabah"la evdə qolsuz bərabərliklə nəticələnən görüşdən sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyun haqda danışıb.
 
 
- Oyun həqqiətən maraqlı keçdi. Əsassən ikinci hissədə daha çox hücum etdik. Get-gedə komandamız oyununu tapır. Fikrimcə, ilk turdan indiyədək oyunumuzda inkişaf var. Getdickə daha da artırmalıyıq. Komandamdan razı qaldım. Hər oyun bu cür çətin olur. Heç bir komanda uduzmaq istəmir. "Sabah"a uğurlar arzulayıram. Azərbaycan futbol ictimaiyyətini təəcübləndirməyi bacarıb.
 
- Demək olarmı ki, bu gün 1 xal qazanmadınız, 2 xal itirdiniz?
 
- Əlbəttə! Bu cür yaxşı oyunla 3 xal qazanmaq yaxşı olardı. Ancaq bu gün xal qazanmışıqsa, aktivimizə 1 xal gəlir. Oyunumuzu yaxşılaşdırsaq, səfərdə də qalib gələ bilərik. Qol epizodlarının istifadəsi üzərində daha çox işləməliyik. Şanslarımızdan yararlana bilməmək ustalıq səviyyəsi ilə bağlı da ola bilər, bəxtsizliklə də. Düşünürəm ki, qol epizodlarından yararlanmamağımız gələcəkdə özünü göstərəcək.  
 
- Meksikalı legioneriniz Paçeko ən yaxşılardan idi, ancaq onu əvəzlədiniz. Özü də sanki narazı idiniz...
 
- Paçekonun əvəzlənməyi oyunuyla bağlı deyildi. Ayağında ağrı vardı. İstəmədik ki, risk edək. Rəqibin əks-hücumlarının qarşısını almağımız laızm idi. "Sabah" əks-hücumlarda təhlükəlidi. 
 
- Hər dəfə Fəhmin Muradbəylini Aqşin Qurbanlı ilə əvəzləyirsiniz. Bu, 21 yaş limitinə görədi, yoxsa..?
 
- Fəhmin son vaxtla həm yığmada, həm də U-21-də çox çalışıb. Bu gün də bacardığı qədər gücünü ortaya qoydu. Onun əvəzlənməsi başqa bir şeylə bağlı deyil. Aqşin də 21 yaş limitli futbolçularımızdan biridi (Sport24.az). 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30