29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ"nin "Qarabağ"la 48-ci dueli

Topaz Premyer Liqasında 5-ci turun mərkəzi görüşü Bakıda “Azərsun Arena”da “Qarabağ”la “Qəbələ” arasında olacaq.
 
Futbolxeber.az-ın "Qəbələ"nin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 23-də keçiriləcək matç rəqiblərin 48-ci dueli olacaq. Komandalar indiyədək 47 dəfə üz-üzə gəlib. “Qarabağ” daha çox - 19 qələbə qazanıb. “Qəbələ” meydanı 11 dəfə qalib kimi tərk edib. Digər 17 matçda bərabərlik qeydə alınıb.
 
“Qəbələ” bu oyunlarda 41 qol vurub, 55-ni buraxıb. “Qırmızı-qaralar”ın “Qarabağ”ın qapısından keçirdiyi 41 topa 27 futbolçu imza atıb. Komandanın bu görüşlərdəki ən yaxşı bombardiri braziliyalı Dodonun hesabında 5 top var. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə fərqlənib.
 
Premyer Liqada 41-ci dəfə görüşəcək rəqiblər Azərbaycan kubokunda 7 dəfə üz-üzə gəlib. Çempionatdakı 40 görüşdə ağdamlılar 18, “qırmızı-qaralar”  10 dəfə 3 xal əldə edib. 12 qarşılaşmada qalib müəyyənləşməyib. Premyer Liqada “Qəbələ” 36 qol vurub, 49-nu buraxıb.
 
“Qəbələ” səfərdə keçirdiyi 23 matçda 4 qələbə qazanıb, 9 heç-heçə edib və 10 dəfə uduzub. 17 qola sevinən komanda 29 top buraxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31