20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” “Qarabağ”la oyunun hazırlığını davam etdirir

“Qəbələ” Topaz Premyer Liqasının V turunun “Qarabağ”la səfər matçının hazırlıqlarını davam etdirir.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 16-da səfərdə “Sabah”la qarşılaşan (0:1) “qırmızı-qaralar” oyunun ertəsi gün bərpa məşqi keçib, ardınca buraxıldığı birgünlük istirahətdən geri dönüb.

Dünən Bakıda bir araya gələn komanda hazırlıqlarını paytaxtda gerçəkləşdirrir. Baş məşqçi Sənan Qurbanovun yetirmələri “Bakı” FK-nın təlim-məşq bazasında hazırlıq keçir. Bugünkü məşq prosesi günün ikinci yarısına təsadüf edib.

Futbolçular toplu çalışmaları yerinə yetirib. Zədəsini sağaldan Stiven Monroz da komanda ilə birlikdə çalışıb.

Xatırladaq ki, Topaz Premyer Liqasının V turunun “Qarabağ” - “Qəbələ” oyunu sentyabrın 23-də “Azərsun Arena”da keçiriləcək. Matç saat 20:30-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30