18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Zirə"nin müdafiəçisi: "Adi bir yazıda səhv o boyda komandanın əziyyətini yerə vurur"

"Bizim üçün gözlənilməz hadisə oldu. Belə işdə ciddi və məsuliyyətli olmalıyıq".

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında "Zirə"nin müdafiəçisi Adil Nağıyev deyib.

Premyer Liqanın dördüncü turunda "Səbail"lə görüşdə PFL-in əsasnaməsini pozan "Zirə"yə texniki məğlubiyyət veriləcəyi gözlənilir. Komandanına aparıcı üzvü məsələ barədə bunları deyib: "Meydanda 90 dəqiqə əziyyət çəkirik ki, nəticə qazanaq. Ancaq adi bir yazıda səhv o boyda komandanın əziyyətini yerə vurur. Məncə, güzəştə gedə bilərlər. Çünki ilk hissədə bizim oyunçu ehtiyat skamyasında olub. Ancaq ikinci yarıda tapşırıqla çıxarılıb. Bunu da nəzərə alsalar güzəştə gedə bilərlər".

"Şok deyəndə ki, hər şey normaldı. Sadəcə yaxşı hal deyil. "Neftçi" ilə qarşılaşacağıq. Onların yaxşı heyəti var, hörmətlə yanaşırıq. Ancaq biz hər oyuna üç xal üçün çıxırıq. Bu oyunda da qalib gəlməyə çalışacağıq" - deyə, Nağıyev fikirlərini yekunlaşdırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30