19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

rivatsyuk: "Roberto Bordin bildirdi ki, bu, minimum idi"

Topaz Premyer Liqasının IV turunda "Neftçi" evdə "Keşlə"ni 2-0 hesabı ilə məğlub edib. Futbolxeber.az saytının məlumatına görə, oyunda ilk qolun müəllifi olan Anton Krivotsyuk matçdan sonra jurnalislərə müsahibə verib. U-21 millimizin üzvü öncə oyun barədə danışıb:
 
- Hər iki tərəf üçün çox çətin oyun oldu. Son dəqiqələrdə daha istəkli olduq və daha çox güc sərf etdik ki, bu da qələbə ilə nəticələndi.
 
- Qol vurmaq üçün 1-2 şansın daha əvvəlcə yaranmışdı. Sanki bu inam səndə var idi və sonda alındı.
 
- 2 dəfə şansımı boşa verdim. 3-cü dəfə fürsəti qaçırmaq istəmirdim. Təbii ki, qol üçün məndə inam var idi. 
 
- Qol zamanı texniki zonaya qaçdın. Lakin qolu başqa adama həsr etdin.
 
- Mənim yaxın dostum tribunada yer almışdı. Qolumu ona həsr etdim.
 
- Əsasən sol cinahda oynayırsan. Millidə isə mərkəz müdafiəçisi kimi çıxış edirsən. Roberto Bordin səni millidəki çıxışına görə mərkəzə çəkib, yoxsa Ruslan Abışovun yoxluğuna görə?
 
- Bu, ilk dəfə deyildi ki, mərkəzdə çıxış etdim. Ruslan zədəli olduğu üçün burada çıxış edirdim. Əsas səbəb budur.
 
- Kirilo Petrovla həmyerlisən. Səhvlər edəndə o, sənə dəstək olur. Bu, sənin üçün stimuldur?
 
- Siz tamamilə düzgün vurğulayırsınız. Petrovun böyük təcrübəsi var. Onun məsləhətlərindən mütləq istifadə etməliyəm.
 
- Çempionluq üçün şansları necə hesab edirsən?
 
- Oyundan sonra Roberto Bordin bildirdi ki, bu, minimum idi. Hər şey qabaqdadır. Hər oyuna final kimi köklənməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31