28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

"Zirə"nin prezidenti: "Dördüncü hakim futbolçunun orada olmasını təsdiqləyə bilər"

“2000-ci il təvvəllüdlü futbolçumuz Hüseyn Əhmədov “Səbail” ilə oyunun birinci hissəsi ərzində ehtiyat oyunçular skamyasında əyləşmişdi. Hətta matçdan əvvəl onun lisenziyası dördüncü hakimə təqdim edilib”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin prezidenti Natiq İsmayılov Topaz Premyer Liqasının 4-cü turunda "Səbail" ilə 1:1 hesabı ilə başa çatan matçda Əsasnaməni pozmaları ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
 
O, bildirib ki, futbolçunun adının protokolda qeyd olunmaması mexaniki səhvdi: "Birinci hissədən sonra Əhmədovu texniki zonadan kənarlaşdıran AFFA nümayəndəsi və dördüncü hakim də futbolçunun orada olmasını təsdiqləyə bilər".
 
"Səbail" ilə oyunun protokolunda "Zirə"nin heyətində 1998-ci il təvəllüdlü və ya daha gənc bir futbolçunun adı qeyd olunmayıb. Bu isə Premyer Liqanın Əsasnaməsinə ziddi. Məsələyə AFFA İntizam Komitəsinin növbəti iclasında baxılacaq. Əsasnamənin pozulması faktı təsdiqini taparsa, “Zirə”yə texniki məğlubiyyət veriləcək. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31