26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Neftçi"də ingiltərəli məşqçi

“Neftçi”də yeni təyinat olub.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 55 yaşlı ingiltərəli mütəxəssis Mik Benet "Neftçi” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin olunub. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mik Benet 1979-1994-cü illər ərzində İngiltərənin "Bolton Uonderers”, "Vulverhempton Uonderers”, "Kembric Yunayted”, "Preston Nort End”, "Karlayl Yunayted” və Finlandiyanın "Koparit” klublarında oynayıb. Məşqçi kimi İngiltərənin "Bolton Uonderers” U-12 – U18 (1999-2010), "Yovil Taun”un akademiyası (2010-2011), "Uiqan Atletik” U-16 (2011-2012), "Mançester Yunayted”dən ezam olunaraq Hindistanın Mumbai şəhərindəki uşaq futbol məktəbində (2012-2014) və "Mançester Yunayted” Bakı (2014-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30