22 May 2019, Çərşənbə
"Qalatasaray" çempionluğunu rəsmiləşdirdi
"Sumqayıt" baş məşqçisiz qalır
Kuboku "Qəbələ" qazandı!
Mxitaryan Bakıya gətirilmir

Ölkə futbolu

"Qurban Qurbanovun hörməti hər zaman olacaq"

Milli komandamızın sabiq hücumçusu Vüqar Əsgərov Futbolxeber.az saytına açıqlama verib. O, milli komandamızın çıxışını dəyərləndirib:

“Mən millimizin iki turdan sonra altı xalı olacağını gözləyirdim. Amma nə etmək olar? Bu futboldu və hər şey mümkündü. İndi bütün komadnalar futbol oynamağı, düzgün müdafiə olunmağı bacarır. Millətlər Liqası hələ başa çatmayıb, düzdü cəmi iki xalımızın olması da yaxşı deyil. Ancaq hər şeyin daha yaxşı olacağına inanmaq lazımdı.

Kosova və Malta da Azərbaycana qalib gəlmək istəyirdilər. Hər bir komanda meydana üç xal üçün çıxır. Kosova zəif komanda deyil, hər şey hələ qarşıdadı”.

Əsgərov Qurban Qurbanovun millidəki işi barədə də danışıb. O, Qurbanovun milliyə əsl layiqli məşqçi olduğunu söyləyib: “Qurban Qurbanov ən ağıllı və güclü məşqçidi. Düzdü, klubda və millidə işləmək çətindi. Onu da anlayışla qarşılamaq olar. Qurban Qurbanovun hörməti hər zaman olacaq. O, yenə də Avropa Liqasında qruplara qalıb”.

“Farer adalarını hər iki oyunda udmalıyıq. O zamna işimiz asanlaşa bilər. Kosovanı da səfərdə məğlub etmək mümkündü. Milli komandamıza uğurlar arzu edirəm, qarşıdakı bütün oyunlar final ab-havasında olacaq” – deyə, Vüqar Əsgərov fikirlərini yekunlaşdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31





Click to Visit