29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qara və Riçard UEFA-nın TOP-5-liyində

UEFA Millətlər Liqasında ilk 2 turdan sonra dəqiq ötürmələrin sayına görə ən yaxşı 5 futbolçunun adını açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, İspaniya millisinin kapitanı Serxio Ramosun (204 dəqiq ötürmə) başçılıq etdiyi siyahıda yığmamızın 2 üzvü – Riçard Almeyda və Qara Qarayev də yer alıb. 
 
Braziliyalı milliləşdirilmiş yarımmüdafiəçi Kosovo (0:0) və Malta ilə oyunlarda (1:1) ümumilikdə 150 dəqiqə ötürmə verib ki, bu da onun 2-ci pillədə qərarlaşmasına səbəb olub. Qarayev isə 145 ötürmə ilə Top-5-liyin 4-ci sırasında yer alır.
 
TOP-5-lik isə bu cürdür:
 
Serxio Ramos (İspaniya) - 204
 
Riçard Almeyda (Azərbaycan) - 150
 
Okay Yokuşlu (Türkiyə) - 148
 
Qara Qarayev (Azərbaycan) - 145
 
Çağlar Söyüncü (Türkiyə) - 145



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31