28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Kamran Ağayev: "Şansımızın bitdiyini deməzdim"

"Bu oyundan qələbə gözləyirdik. Əlimizdən gələni etdik, lakin qalib gələ bilmədik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözlər "Report"a açıqlamasında Azərbaycan millisinin kapitanı Kamran Ağayev UEFA Millətlər Liqasının II turunda səfərdə Malta yığması ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
 
32 yaşlı qapıçı bildirib ki, yığma ilk iki matçda heç-heçə etsə də, qrupdan çıxmaq şansını itirməyib: “Hələlik matçın analizi olmayıb. Oyuna baxılacaq, baş məşqçi fikir və iradlarını bildirəcək. Hələ heç nə itirilməyib. Çox işləyib, növbəti görüşlərdə qələbə qazanacağımıza ümid edirəm. Şansımızın bitdiyini deməzdim. Sadəcə, daha xal itirmək olmaz. Nəsə əldə etmək istəyiriksə, qalib gəlməliyik”.
 
Ağayev maltalı futbolçuların ikinci hissədə vaxt uzatmağa çalışmalarına da münasibət bildirib: “Bütün idman növlərində bu cürdür. Zəif komanda belə edir. Problem özümüzdə oldu. Yəqin ki, göstərişləri lazımı şəkildə yerinə yetirmədik deyə, nəticə belə oldu”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31