25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Malta millisinin üzvü: "Azərbaycan məni heç nə ilə təəccübləndirmədi"

Malta milli komandasının futbolçusu Paul Fenex Futbolxeber.az saytına açıqlama verib.

Millisinin ən təcrübəli oyunçularından olan Fenex Azərbaycanla görüşdə qələbəyə oynadıqlarını bildirib. Onun fikrincə, qələbə qazanmaqlarına şanssızlıq mane olub: "Azərbaycanla oyunda bizi yalnız qələbə qane edirdi. Əslində Azərbaycana qalib gəlmək asan olmayacaqdı. Çünki bilirdik ki, çətin komandadı və yaxşı oyunçuları var. Amma birinci qolu vurandan sonra çox oturduq müdafiədə. Əgər hücumlarımıza davam etsəydik ikinci qolu da vurardıq. Əla şansımız var idi, ikinci qolu vura bilərdik, sadəcə bəxtimiz gətirmədi". 

31 yaşlı oyunçu millimizin onu heç nə ilə təəccübləndirmədiyini də bildirib: "Azərbaycanın daha güclü olduğunu düşünürdüm. Xeyr, Azərbaycan məni heç nə ilə təəccübləndirmədi. Rəqibin topla yaxşı oynayan oyunçuları var idi ki, biz də onların qarşısını ala bildik. Vaxtı uzatmaq? Biz vaxtı uzatmırdıq, sadəcə müdafiə olunurduq deyə komanda yoldaşlarımdan zədələnənlər olurdu. Bu futbolda normaldı. Biz özümüz də Azərbaycana qalib gəlmək istəyirdik. Sadəcə Farer adalarına məğlubiyyətdən sonra bir xal da bizə inam verəcək. Əsas odu ki, şanslarımız davam edir, sona kimi oynayacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30