19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

90 dəqiqə “Qarabağ!...”

Dünən gözəl gün idi, həyəcanlı gün idi, duyğulu gün idi...
Dünən hər kəs “Qarabağ” sözünə köklənmişdi – meydanda “Qarabağ” adına əzmlə mücadilə eləyən futbolçular da, kənarda durub bu mücadiləyə qoşulmaq üçün növbə gözləyən ehtiyat oyunçular da, bu oyunun, bu günün, bu məsuliyyətin yükünə hamıdan çox sahiblənən məşqçi Qurban Qurbanov da, stationda 90 qədiqə yorulmadan “Qa-ra-bağ!, Qa-ra-bağ!” deyə-deyə coşub-daşan minlərlə azarkeş də...
 
Dünənki günü gözəlləşdirən, şübhəsiz, komanda oldu, dünənki həyəcanı şirinləşdirən meydanda mücadilə aparan oyunçular oldu, dününki günü duyğulandıran bu komandanın, bu oyunçuların başında duran, belə bir məsuliyyəti üstlənməyi haqq etdiyini bir daha ortaya qoyan Qurban Qurmanov oldu. Buna görə bu adamlara nə qədər təşşəkkür eləsən azdı...
 
Amma məni dünən başqa bir məqam daha çox təsirləndirdi. Minlərlə gənc, minlərlə yeniyetmə 90 qədiqə yorulmadan “Qa-ra-bağ!, Qa-ra-bağ!” deyə coşub-daşdı. Bu gün gəncləri, yeniyetmələri çox qınayır yaşlı nəsil, “biz də cavan olmuşuq, bizim vaxtlarımızda belə deyildi” düşüncəsiylə addımbaşı onların, türklər demiş, canına okuyorlar... Dünənki gün göstərdi ki, yanılırıq – bu gənclər, bu yeniyetmələr haqda bədgüman olmaqda yanılırıq. Dünən “Qarabağ” sözü, Qarabağın adı bu uşaqları – minlərlə gənci, minlərlə yeniyetməni bir yerə səfərbər edib 90 dəqiqə coşdurdu. Deməli, hər şey mümkündü – onların aşıb-daşan, qaynayan enerjisini yönətmək, faydalı, lazımlı tərəfə istiqamətləndirmək mümkündü...
 
Yetər ki, onları inandıra biləsən!...
Yetər ki, onların içindəki o saf nöqtələri tərpədə biləsən!...
Yetər ki, hamı, hər kəs öz yerində olsun!...
Yetər ki, yerində olan hamının və hər kəsin öz işini canı-dildən, vicdanla görməyə imkanı olsun!...
Dünən “Qarabağ” komandasının, komandanın baş məşqçisi Qurban Qurbanovun timsalında bu örnəyi gördük...
O uşaqlar – o gənclər, o yeniyetmələr dünən “Qarabağ”a inandılar, komandaya inandılar və kim olduqlarını ortaya qoydular...
Sıra bizdədi – hamımızdadı...
“Yaxşi ki, var gül balalar!...”
 
Yusif RZAYEV, Qol.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30