20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Azərbaycanın oyun dəst-xəttini məhz həmin futbolçu müəyyənləşdirir”

“Qrupdakı ilk oyun bizi bir qədər məyus edib. Pis oynadıq və buna uyğun da nəticə aldıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu UEFA Millətlər Liqasının II turunda Azərbaycan millisi ilə oyundan əvvəl təşkil edilən mətbuat konfransında Malta yığmasının baş məşqçisi Rey Farruciya deyib.

Mütəxəssis bildirib ki, səfərdə keçirdikləri ilk matçda Farer adalarına 1:3 hesabı ilə uduzduqları üçün çox üzgündürlər:

“İndi bu oyunu unutmalı, gələcəyə baxmalıyıq. Bütün fikrimiz qarşıdakı matça yönəlib. Azərbaycan güclü rəqibdir, lakin biz uğurlu nəticə qazanmağa çalışacağıq.

- Ötən oyundakı məğlubiyyətin səbəbi nədir?

- Buraxılan səhvlər nəticəni müəyyənləşdirdi. Taktiki cəhətdən komandam pis deyildi, yetərincə qol epizodlarımız da oldu. Ancaq səhvlərimiz bizə baha başa gəldi. Yetirmələrimə demişdim ki, heç kəs onları öldürməyəcək. Futboldan zövq alın və yaxşı oyun nümayiş etdirməyə çalışın.

- Yəqin ki, Azərbaycan - Kosovo matçını izləmisiniz. Azərbaycan barədə düşüncələrinizi bilmək istərdik...

- Bəli, həmin qarşılaşmanı izləmişəm. Sabahkı rəqibimiz olduqca yaxşı komandadır. Xüsusilə, braziliyalını (Riçard Almeyda - red.) qeyd edərdim. Azərbaycanın oyun dəst-xəttini məhz həmin futbolçu müəyyənləşdirir. Sabah hər iki komanda qalib gələ bilər. Ancaq qeyd etməliyəm ki, Azərbaycan çox ciddi rəqibdir.

- Azərbaycan yığmasının hansı özəlliklərini qeyd edə bilərsiniz?

- Azərbaycan Farer adaları yığmasından fərqli futbol oynayır. Bu görüşə yaxşı hazırlaşmışıq. İlk oyundakı səhvləri təkrar etməməliyik. Bunu bacarsaq, müsbət nəticə qazana bilərik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30