25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Kosova millisinin kapitanı: "Olimpiya stadionununu ot örtüyü bərbad durumda idi"

"Azərbaycanla oyunun nəticəsinə görə xoşbəxtik. Çünki çətin olacağını bilirdik. 2 gün sonra isə yeni stadionumuzda Farer adalarını qəbul edəcəyik. İlk oyun bizi motivasiya edir". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Kosova millisinin qapıçısı Samir Uykani deyib.
 
Qolkiper Bakı Olimpiya Stadionun ot örtüyünün bərbad vəziyyətdə olduğunu bildirib: "Yaxşı oyun sərgilədik, rəqibin təzyiqinin qarşısını ala bildik və səfərdən bir xalla dönürük. Belə stadionda oynamaq həddindən artıq çətindi. Stadionun ot örtüyü bərbad vəziyyətdə idi. Biz çətin ot örtüyünə sahib olan, qazonu rənglənmiş meydanda təzyiqə tab gətirdik". 
 
"Biz böyük futbol ölkələrinə qarşı oynamağı bacarırıq. Futbol oynayırıq, topu ancaq irəli vurmuruq. Komandamız böyüyür. Kosovonun yaxşı gələcəyi olacaq" - deyə, Uykani fikirlərini yekunlaşdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30