18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Kamran Ağayev: "Hücum edirdik, amma sonluq olmurdu"

"Xal İtirdik, nəticə üçün bütün oyunları udmaq lazımdı. Evdə azarkeşlərin, xalqın önündə oynamaq daha rahatdı".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında millimizin kapitanı Kamran Ağayev deyib. Qolkiper milli komandamızın Millətlər Liqasının Kosovo ilə 0:0 hesablı heç-heçə etdiyi oyundan sonra fikirlərini bölüşüb:
 
"Kosovo bizim üçün asan rəqib deyil. Əgər final mərhələsinə çıxmaq istəyiriksə, bütün görüşləri udmalıyıq. İlk oyunda gərginlik var idi. Start oyunlar ağır keçir. Dildə Kosovo rahat səslənə bilər, amma analiz edəndə baxırsan ki, usta futbolçuları var. Böyük klublarda çıxış edirlər. Amma futbol komanda oyunudu. Hazırlaşmışdıq, göstərişlər verilmişdi. Öz sözünü demiş oyunçular var. Amma futbol komanda oyunudur. Hamı 11 nəfərlə oynayır. Hazırlaşmışdıq, göstərişlər verilmişdi. Bizi sıxacaqlarını bilirdik. Baş məşqçi necə demişdi, elə də oynadıq. Oyuna baxıb analiz etməmişik".
 
Ağayev rəqibin təhlükəli epizodunun olmadığını və yaxşı qapandıqlarını deyib deyib: "Elə də təhlükəli epizodları olmadı. Bir-iki hava topu oldu. Biz də hücum edirdik, amma sonluq olmurdu. Ona görə də qol epizodları görünmürdü. Çətin olacağını bilirdik. Rəqib yaxşı qapanmışdı, ağıllı oynadılar. Analizlər olacaq, baş məşqçi bizə məlumatlar verəcək".
 
Kamran Ağayev 68 minlik stadiona 20 minə yaxın azarkeşin gəlməsinə bu cür münasibət bildirib: "Azarkeşləri qınamaq olmaz. Yaşam tərzi və digər şeyləri demək olar. Milləti qınamıram. Gələnə də, gəlməyənə də təşəkkür edirik. Təbii ki, azarkeş qarşısında oynamaq tam fərqli ab-havadır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30