29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elxan Məmmədov: “Əsas UEFA nümayəndəsinin rəyidir”

“Çətin oyun idi. Qrupumuzda rəqibləri müqayisə etsək, Kosovo sürpriz komandadır. Yeni federasiyaları var. İki ildir ki, təsis olunub. UEFA və FİFA-ya üzv qəbul olunub. Amma buna baxmayaraq, futbolçuları tanınmış liqalarda çıxış edir. Əksəriyyəti əsas heyətlərdə oynayır. Milli komandalara cəlb olunublar. Ötən seçmə mərhələ onlar üçün başlanğıc olub”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov millimizin UEFA  Millətlər Liqasının ilk turunda evdə Kosovo ilə heç-heçə etdikləri oyundan (0:0) sonra jurnalistlərə açıqlamasında deyib.

O, Kosovonun belə mübarizə aparacağını gözləmədiyini söyləyib: “Bu Kosovo üçün ikinci sınaqdır. Mən onların buraya üç xal üçün gələcəyini gözləmirdim. Birinci hissədə bəzi epizodlarda pressinq etməyə çalışdılar. Buna baxmayaq, komandamız ikinci hissədə topa nəzarət etməyi bacardı. İlk xalımızı qazandıq. Millətlər Liqasının qrup mərhələsi qısa bir turnirdir. 3 ay ərzində 6 oyun keçirilməlidir. Hər oyunda qələbə qazanmağa çalışmalıyıq. Unutmayaq ki, 3 gün sonra növbəti oyunumuzu keçirəcəyik. Baş məşqçi də komandanı Malta ilə səfər oyununa hazırlayacaq”.

E.Məmmədov stadionun ot örtüyü ilə bağlı da danışıb: "Dünən UEFA-nın nümayəndəsi də stadiona baxış keçirib. Heç bir mənfi rəyi olmayıb. Əsas UEFA nümayəndəsinin rəyidir. Meydanda əvvəlki aylarda bəzi problemlər olub. Amma o aradan qaldırılıb. Nümayəndə ciddi bir problem aşkarlamayıb. Meydana 5 qiymətini verə bilmərik. Daha az qiymət verərdik. Daha yaxşı ola bilərdi. Yay mövsümündən çıxmışıqsa, stadion düzəlməlidir. Stadiona baxan şəxslər bunun üçün məsuliyyət daşıyır. Biz istəyirik ki, stadion 5 qiymətini alsın”.

Baş katib bildirib ki, millimiz növbəti oyunları da Bakı Olimpiya Stadionunda keçiriləcək: “Millətlər Liqasının qaydalarına əsasən UEFA bir stadiona üstünlük verir. Biz də eyni stadionda oynayacağıq.  BOS-da böyük oyunlar olacaq. Avropa çempionatına da hazırlıqlar başlayıb. Stadionu hər zaman sınaqdan keçirmək lazımdır. Azərkeş dəstəyi rəqibə görə yox, öz millimizə görə olmalıdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31