19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Azərbaycan təhlükəli ola bilmədi”

Kosovo millisinin baş məşqçisi Bernar Şalland  UEFA Millətlər Liqasının ilk turunda səfərdə Azərbaycanla qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, 67 yaşlı mütəxəssis əvvəlcə matç haqda fikirlərini bildirib.

- Nəticədən narazı deyiləm. Azərbaycan daha çox topa yiyələnsə də, təhlükəli ola bilmədi. Biz yaxşı müdafiə olunduq. Riçard Almeyda kimi oyunçu olduğu halda, biz rəqib hücumlarının qarşısını aldıq. Öz hücumçularımdan razı qalmadım. Bilirəm ki, bundan yaxşısını edə bilərik.

- Bu oyunun daha çox yoldaşlıq görüşü xarakteri bağışlamasını nə ilə əlaqələndirərdiniz...

- Xeyr, mən bu oyunu yoldaşlıq görüşünə bənzətməzdim. Bənzətməyim hər iki komandaya hörmətsizlik olardı.

- Son 3 oyunda hücumameylli çıxış edirdiniz. İndi isə müdafiə futbolu sərgilədiniz. Sanki bir xal dalınca gəlmişdiniz...

- Qısa və sürətli ötürmələrlə oynaya bilərdik. Lakin rəqib də belə oyun üslubuna üstünlük verirdi. Ona görə də bu cür üslubda çıxış etmədik.

- Açıqlamalarınızdan belə görünür ki, bir xalla da razısınız...

- Azərbaycan doğrudan da çox güclüdür. Daha çox qol imkanı yaratdılar. Möhtəşəm oyun kimi görünməyə bilər. Amma çətin qarşılaşma oldu.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30