29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Stankoviç millimizin oyunundan danışdı: "Kosova kimi ölkə tanımıram"

"Qəbələ"nin serbiyalı müdafiəçisi Voyislav Stankoviç millimizin Kosovoya qarşı keçirəcəyi oyundan danışıb. 

Futbolxeber.az saytına açıqlamasında o deyib: "Azərbaycan çox yaxşı komandadı. Üstəlik, Qurban Qurbanov kimi yaxşı baş məşqçisi var. Fikrimcə, Azərbaycanın Kosovaya qarşı yaxşı şansı da var. Ümid edirəm ki, Azərbaycan bu görüşdə ən yaxşı oyunlarından birini keçirəcək. Istəyərdim ki, Azərbaycan Kosovaya qalib gəlsin. Azərbaycan millisi qalib gəlsə şad olaram. Milliniz aqressiv və topla daha çox oynamalıdı.

Qurban Qurbanov daha yaxşı bilir, komandası necə oynamalıdı. Onlar Kosova yığmasını izləyib və rəqibi necə məğlub etməyin yollarını yaxşı bilər. Azərbaycan yığmasında yaxşı oyunçular var ki, onlarla yaxşı oynamaq olar. Kosova kimi ölkəni mən tanımıram və tanıya bilmərəm. Çünki bu bölgə hələ də Serbiyaya aiddi. Mən Azərbaycana azarkeşlik edəcəm və Azərbaycan Kosovaya qalib gələrsə, çox sevinəcəm.

"Qəbələ"dən də millidə oyunçular var. Onların hamısı yaxşı futbolçulardı. Ancaq hansının oynayacağına Qurban Qurbanov qərar verəcək. Təbii ki, mən istəyərdim milliyə gedən komanda yoldaşlarımın hamısı oynasın. Azərbaycana bu oyunda uğurlar arzu edirəm və onlara azarkeşlik edəcəm. Düşünürəm ki, Azərbaycan Kosovaya qalib gələcək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31