24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Barış Ekincier: "Türkiyə yox, Azərbaycan millisində oynamaq istəyirəm"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 19 yaşlı yarımmüdafiəçisi Barış Ekincier İsraillə oyundan sonra (1:1) jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı müsahibəni təqdim edir:
 
 
- Oyunla bağlı nə deyəcəksən?
 
- Müdafiədə yaxşı oynadıq. Amma gözləmədiyimiz şəkildə korner zamanı qol buraxdıq. Yaxşı mübarizə apardıq. 
 
- İlk 11-likdə meydana çıxmadın. Tam hazır deyildin?
 
- Bu, baş məşqçimizin qərarıdır. Bəli, tam hazır deyildim.
 
- Penaltini sən də yerinə yetirmək istəyirdin?
 
- Penaltini vurmaq istədim. Amma ağ nöqtəyə Ziya yaxınlaşdı. O da vura bilmədi. Burda problem yoxdur.
 
- Növbəti matçımız Norveçə qarşı olacaq. O oyunda qalib gəlmək perspektivimiz var?
 
- Əlbəttə, bütün komandaları məğlub edə bilərik. Kollektiv şəklində oynasaq, böyük komandaları məğlub etməyi bacararıq.
 
- Məğlub edə biləcəymizi desək də, bunu bacarmırıq. Problem nədir?
 
- Bunu bilmirəm. Baş məşqçi və komanda yaxşıdır. İnşallah, yaxşı olacaq. 
 
- Amma qrupu autsayder kimi sonlandıracağıq.
 
- Öncədən belə etməməli idik. Bu, mənim U-21-də ilk matçım oldu. Problem deyil. Son matçları uduzmaq olmaz.
 
- "Bohum"da işlər necə gedir?
 
- Əsas komandanın üzvüyəm. Kubok matçında oynadım. Çempionatın 4 oyununun 2-də heyətdə oldum, amma meydana çıxmadım.
 
- Klubunda işlər yaxşı getsə, Türkiyə variantını düşünürsən?
 
- Xeyr, düşünmürəm. Mənim "Bohum"la 2020-ci ilə kimi müqaviləm var.
 
- Türkiyə milli komandasını nəzərdə tuturam.
 
- Mən U-17 millisindən Azərbaycan millisi üçün çıxış edirəm. Burada yaxşı dostlarım var. Azərbaycan üçün oynamağa davam etmək istəyirəm.
 
- "Bohum" yaxşı komandadır. Oradakı çıxışınla əsas millimizə yüksələ bilərsən?
 
- İnşallah, amma klubun yaxşı olması ilə yanaşı, özüm də belə olmalıyam. Yaxşı çıxış etməklə yüksəlmək olar.
 
- "Bohum" adlı-sanlı komandadır. Amma millidə Azərbaycan kimi zəif komandada çıxış edirsən. Motivasiya cəhətdən bu sənə necə təsir edir?
 
- Xeyr, belə şey yoxdur. Milli komanda başqa şeydir, bu, qürurdur. Burada oynamaq gözəldir. Mən Azərbaycana sevinclə gəlirəm. Son iki matçı da uğurlu çıxış edərik. Bu tsikldən sonra çox oyunçu yığmadan ayrılacaq və əsas heyət 1998/1999-cu il doğumlu futbolçulardan qurulacaq. İnşallah, o heyətdə mən də olaram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30