22 Fevral 2019, Cümə
Avroliqa: 1/8 finalçılar müəyyənləşdi
Nihat Kahveçi Azərbaycana gəlir
Yığmamızın üzvü çex klubunda
TPL: XIX turun oyun cədvəli açıqlandı

Ölkə futbolu

Kamran Ağayev: “Əsas özümüzə inanmalıyıq”

UEFA Millətlər Liqası turniri çərçivəsində keçiriləcək Azərbaycan - Kosovo oyunu ərəfəsində baş tutan mətbuat konfransında millimizin üzvləri Kamran Ağayev və Qara Qarayev də iştirak edib:

Kamran Ağayev: "Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Biz öz oyunumuzu düşünürük. Təbii ki, onlar haqda məlumatım var. Futbolçuları təhlil etmişik. Bizə verilən göstərişi komanda halında düzgün yerinə yetirsək, yaxşı nəticə əldə edərik. Əsas özümüzə inanmalıyıq. İnşallah, uğurlu nəticə əldə edərik".

Qara Qarayev: "UEFA Millətlər Liqası əvvəlki turnirlərdən fərqlənir. Bu turnirin sonu bizim üçün çox faydalı ola bilər. Rəqibin potensialını bilirik. Çalışacağıq ki sabah meydanda əlimizdən gələnin ən yaxşısını edək.Bu turnirdə bütün futbolçularımızda həyəcan var. Bu dəfə hər şey tamam fərqlidir. İnsanların bu turnirdə yaxşı nəticə gözləməsi bizim üçün böyük motivasiyadır. Azarkeşləri həmişə daha çox dəstək olmağa çağırıram. Sabahkı oyunda da ən çox ehtiyac duyduğumuz azarkeşlərimizin dəstəyidir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28





Click to Visit