20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Kosovonun baş məşqçisi: "Azərbaycan güclü və aqressiv komandadır"

"Mən bu komandada təkcə Millətlər Liqası üçün yox, həm də gələcək üçün çalışıram. Kosovonu 2 yaşlı körpə də adlandırmaq olar. Amma o, daim böyüyəcək və yaxşı gələcəyi olacaq".

Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Kosova milli komandanın baş məşqçisi Bernard Şalland deyib.

UEFA Millətlər Liqasının yığmamızla oyunu üçün Bakıya səfər öncəsi mətbuat konfransı keçirən isveçrəli mütəxəssis heyətdəki problemlərə toxunub:

"Bizi narahat edən əsas məsələ müdafiəçilərimizin öz klublarında oynamamasıdır. Ona görə də təlim-məşq toplanışında hər bir oyunçunu diqqətlə izləyib, əsas heyətə layiq olanı meydana buraxmaq istəyirik. Digər tərəfdən, yoldaşlıq oyunlarındakı nəticələrə aldanmaq olmaz. Bu, bizim üçün təhlükəli ola bilər".

67 yaşlı çalışdırıcı sentyabrın 7-də Bakıda millimizlə keçirəcəkləri oyundan danışıb: "Azərbaycan güclü və aqressiv komandadır. Hesab edirəm ki, bu qrupda birinci yeri tuta bilərlər. Ona görə də ehtiyatlı olmalıyıq. Mərhəmət hissindən söhbət gedə bilməz, Bakıda mümkün olan hər şeyi edəcəyik".

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo oyunu saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30