29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Albaniya millisinin məşqçisi: "Qarabağ"ın əsas üstünlüyü..."

AZAL-ın sabiq yarımmüdafiəçisi, hazırda isə Albaniya millisində məşqçi kimi çalışan Ervin Bulku Albaniya mətbuatına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
 
 
- "Kukesi"nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Qarabağ" haqda nə deyə bilərsiniz?
- Son 5-6 ildə "Qarabağ" Azərbaycan futbolunda hegemonluq edir. Əvvəllər isə "Neftçi" bu işi görürdü. "Qarabağ"ın son 3-4 ildə müxtəlif Avropa turnirlərində çıxış edən, hətta Çempionlar Liqasının qrup mərhələsində oynamış yaxşı heyəti var. "Kukesi"yə çox çətin olacaq, amma hər şey mümkündür. Dünya çempionatında da gördük ki, kiçik ölkələr tanınmış milliləri məğlub etdilər. "Qarabağ" favorit sayılsa da, bu onlar üçün asan məsələ olmayacaq.
 
- Siz AZAL-da (hazırkı "Şüvəlan") çıxış etmisiniz. Azərbaycan futbolunun son dövrlərdə bu cür inkişafını nə ilə izah edərdiniz?
- 2012-ci ildə mən AZAL-da olanda klub ən yaxşı dövrünü keçirirdi. Avrokuboklarda iştirak etdik və həmin vaxt Belarusun "Dinamo" klubu ilə qarşılaşdıq. Azərbaycan futbolunun inkişafı "Qarabağ" və "Qəbələ" adı ilə bağlıdır. Çünki onlar ölkəni Çempionlar Liqası və Avropa Liqasında uğurla təmsil etdilər.
 
- "Qarabağ"ın hansı üstün tərəfləri var?
- "Qarabağ"ın əsas üstünlüyü 5-6 il ərzində eyni futbolçularla oynamasıdır. Onların əksəriyyəti həm də milli komandada çıxış edən azərbaycanlı oyunçulardır. Həmçinin baş məşqçi Azərbaycan futbolunun əsas simalarından biridir. 7 ildir "Qarabağ"ı çalışdıran mütəxəssis millinin tarixində ən sərrast futbolçudur.
 
- "Qarabağ"ın Azərbaycan futbolundakı hegemonluğu nə ilə bağlıdır. Ümumiyyətlə, bu komandanı "Kukesi" ilə necə müqayisə edərdiniz?
- Maliyyə durumunun yaxşı olması texniki məsələlərin yüksək koordinasiyası və klubun yaxşı idarə olunması ilə müşayiət olunur. Bu uğurlu illər ərzində rəhbərlik, məşqçi, idman direktoru və personal dəyişməyib. Əvvəllər Azərbaycan klubları avrokuboklarda mərhələ keçə və qruplarda oynaya bilmirdilər. Yuxarıda saydığım bütün amillər "Qarabağ"ın uğurlarında həlledici rol oynayır. Eyni sözləri "Kukesi" haqda da demək olar. Klubun prezidenti Safet Ciki kluba xeyli maliyyə ayırır və bunun qarşısında da komanda uğurlu çıxış edir. Yeganə fərq Azərbaycan klubunun heyəti çox az dəyişib. Cəmi 1-2 yeni futbolçu alıblar. "Kukesi" də isə ciddi dəyişikliklər olub. Prezident düşünməlidir ki, komandada bu qədər dəyişiklik düzgün deyil. Dünya futbolunda da bu praktika özünü doğruldur ki, daha az dəyişiklik edənlər daha çox uğur qazanırlar.
 
- "Tirana" və millidən keçmiş komanda yoldaşınız Ansi Aqolli də uzun illərdir "Qarabağ"da çıxış edir...
- Ansi ilə bir yerdə böyümüşük və istər "Tirana" olsun, istər millidə, istərsə də Ukraynada uzun illər keçirmişik. Hamı bizim dostluq əlaqələrimizi, ailə münasibətlərimizi yaxşı bilir. "Qarabağ"ın son illər həm Azərbaycan futbolunda hegemonluq etməsində, həm də Avropada uğurlu çıxışında Aqollinin də rolu var.
 
- "Kukesi"nin "Qarabağ"ı keçməsi nə dərəcədə inandırıcıdır?
- "Kukesi" birinci təsnifat mərhələsində göstərdiyi oyun komandanın təkcə çempionatdakı deyil, ötən il Çempionlar Liqasında "Şerif"ə qarşı performansından da uzaq olduğunu deməyə əsas verir. "Valletta"ya qarşı bəxtləri gətirdi. Komanda yenidən qurulub, ona görə də vaxt lazımdır. Buna baxmayaraq, komandanın turu keçmək ehtimalı faizlə müəyyənləşdirilmir. Arzu edirik ki, "Laçi" kimi, "Kukesi" də bizə gözəl bir sürpriz etsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31