25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Bizim da qol şanlarımız vardı"

Milli komandamızın baş məşqçisi Berti Foqts Portuqaliya ilə oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, alman məşqçi ilk növbədə qarşılaşma barədə danışıb:

- Hakimin belə qərarından sonra razı olmalıyıq. Komandamdan tam razı qalmadım. Mən sürətli oyun, rəqibə qarşı təzyiq gözləmirdim. Belə güclü rəqiblə oyunda gec-tez qol olacağını gözləyirdim. Bizim da qol şanlarımız vardı. Görünür, bəzi futbolçularımızın gücü çatmadı. Rəqibi qələbə münasibətilə təbrik etməliyik. 

- Avropada hörmətli olan Berti Foqtsun komandasının rəqib qapısına bir dəqiq zərbə vura bilməməyi ona necə zövq verir?
- Bu, sərt sualdır və futbolçuları tənqid edirsiniz. Azərbaycan futbolu inkişaf prosesindədir. Məncə, bu sualı verməmişdən öncə hər 2 yığmada futbolçuların hansı klublarda oynadığını müqayisə edərdiniz. Mənə gənc futbolçuların düzgün inkişaf istiqaməti xoş gəlir. 

- Meydanda eyni tipli 2 futbolçunun – Cavid Hüseynovla Elvin Məmmədovun olması nə ilə bağlıdır? Bunu səhv qərar sayırsınız?
- Mən heyət barəsində sizinlə müzakirə etmək istəməzdim. Onu deyə bilərəm ki, onlar eyni tipli oyunçular deyil. Elvin hücumameylli oynayırdısa, Cavid isə daha çox müdafiəyə kömək edirdi.

- Siz 5 ildə Azərbaycan futboluna etdiklərinizə görə xəcalət çəkirsiniz?
- Biz harda dururduq, indi FİFA reytinqində hardayıq. Bu illərdə millidə çoxlu gənc futbolçular olub. Mən onu istəyirəm ki, futbolçular klublarda daha çox məşq etsinlər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30