23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Kukesi"nin üzvü: "Qarabağ" güclü rəqib olsa da, meydana qələbə üçün çıxacağıq"

“Qarabağ” güclü rəqibdi. Buna baxmayaraq, hər iki oyunda meydana qələbə üçün çıxacağıq”.
 
Futbolxeber.az saytının Albaniya mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində rəqibi “Kukesi”nin müdafiəçisi Albi Alla deyib. Ağdam klubu ilə oyunlar öncəsi iddialı danışan 25 yaşlı futbolçu ÇL-da qrup mərhələsinə yüksəlmək istədiklərini bildirib:
 
“İnanıram ki, bu oyunda bəxt və Tanrı bizimlə olacaq. Bu yolla turu keçəcəyik. Qarşıdakı hər iki matçda hədəfimiz dəyişməzdi. Qələbə qazanmaq istəyirik. Amma hər oyunu ayrılıqda düşünmək lazımdı. Sonra isə hara gedəcəyimizə baxmaq olar. Çempionlar Liqasında uğurlu çıxış edib, qruplara qalmaq istəyirik”.
 
Alla “Kukesi”nin prezidenti Safet Qicinin birinci təsnifat mərhələsinin Malta “Valletta”sı ilə oyunlarından əvvəl vəd etdiyi 100 min avroluq mükafatı verməmək üçün göstərdiyi səbəblərə də münasibət bildirib: “Turu keçməyimiz komanda və futbolçular üçün yaxşı haldır. Ümid edirəm ki, bunun davamını gətirəcəyik. Yeni komandayıq, günü-gündən kollektiv bir-birinə uyğunlaşır. Kunqunun gəlişi vəziyyəti hər mənada düzəldib. Müasir futbolda nəticə önəmli amildir. Bir neçə il öncə “Kukesi” baxımlı futbol sərgiləsə də, mərhələ keçə bilmirdi. Məncə, əsas məsələ bunu bacarmaqdır. Komandanın oyun üslubunu yaxşılardırmaq baş məşqçinin işidir. Mənim vəzifəm meydana çıxanda bütün gücümü ortaya qoymaqdır”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30