29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi"nin idman jurnalistinə verdiyi dəyər - 10 manat

Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Təəssüf ki, jurnalistikanın digər sahələrindən fərqli olaraq idman mətbuatında bayram ab-havası hiss olunmur.

Cümə günü AFFA idman mətbuatını bir araya toplamışdı. Futbol oynamaqla başlayan tədbir şam yeməyi ilə yekunlaşdı. Tədbirə ev sahibliyi edən Bakı Olimpiya Stadionu da fürsətdən istifadə edib jurnalistlərə kiçik hədiyyəsini təqdim etdi.

Bu gün isə "Neftçi" idman mətbuatını bir araya yığır. "Ağ-qaralar" jurnalistlər arasında "Offside" pub-da viktorina keçirəcək. Eyni tədbir ötən il, "Neftçi"nin 80 illik yubileyi zamanı da baş tutmuşdu və media tərəfindən müsbət qarşılanmışdı. Bu dəfə də eyni tədbirin təşkili müsbət addım kimi dəyərləndirilirdi.

Gəl ki, viktorinada iştirakla bağlı "Neftçi"nin mətbuat xidmətinə göndərdiyimiz e-mailə gələn cavab şəxsən mənim üçün hər şeyi korladı. Cavab məktubunda viktorinanın vaxtı qeyd olunmaqla yanaşı, bir məqam qeyd olunub - "Hər stola 40 manat limit qoyulacaq".

Bu o deməkdir ki, tədbir zamanı hansısa stolun verdiyi sifarişin məbləği 40 manatı keçərsə, o halda qalan məbləği həmin stolda əyləşən jurnalistlər ödəməlidir. Hər komandada 4 oyunçunun yer aldığını nəzərə alsaq, belə çıxır ki, flaqman hər bir idman jurnalistinə bayram günü maksimum 10 manat xərcləməyi nəzərdə tutub.

Bilmirsən ağlayasan, yoxsa güləsən. Çox acınacaqlı mənzərədi. Milyonlarla büdcəsi olan, lazımsız legionerlərə xeyli vəsait xərcləyən "ağ-qaralar"ın bu xəsisliyi anlaşılmazdır. Guya 1 stolun xərci nə qədər olacaq? Qoy olsun 50, yaxud 60 manat. 10-20 manatla "Neftçi" kasıblayacaq? Məşhur filmdə deyildi kimi, "iş sosiskada deyil e, "vnimatelni" olmaqdadı"...




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31