18 Noyabr 2019, Bazar ertəsi
Giqqz: “Komandadan razı qaldım”
Millimiz Uelsə də məğlub oldu
“Qəbələ” “Səbail”ə qalib gəldi
U-17 Almaniyaya da uduzdu

Ölkə futbolu

"Spartak"ın futbolçusu: "Azərbaycandan mənə heç kim zəng etməyib"

“Spartak”ın əsas komandasına qədər yüksəlmək istəyirəm”.

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında “Spartak”ın əvəzedici heyətinin üzvü Turqay Möhbalıyev deyib.

Əslən azərbaycanlı olan Möhbalıyev hazırda Moskva klubunun əvəzedici heyətində aparıcı oyunçulardan hesab olunur. Rusiyanın U-17 yığmasında çıxış etmiş Möhbalıyev Azərbaycanın aşağı yaş qruplarının məşqçilərinin diqqətini çəkməyib. O, özü də hələ ki, milli komanda haqda düşünmədiyini bildirib: “Xeyr, Azərbaycandan heç kim zəng etməyib mənə.

Düzünü desəm, mən indi yalnız klubum barədə düşünürəm. Əsas məqsədim klubumda inkişaf edib əsas komandaya kimi yüksəlməkdi. Əsas komanda da özümü göstərdikdən sonra milli komanda barədə düşünmək mümkündü. İstənilən halda zamanı gələndə lazım olanı edəcəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30