25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

İspaniya klubu millimizin qalmaqallı futbolçusu ilə yollarını ayıracaq

İspaniya çempionatının I divizonunda çıxış edən “Alkorkon” millimizin futbolçusu Eddi İsrafilovla yollarını ayıracaq.
 
Futbolxeber.az saytının məlumatına görə, komandanın yeni baş məşqçisi Kristobal Parralo 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin xidmətində maraqlı deyil.
 
Onunla yanaşı hücumçusu Asdrubal Padron da komandadan göndəriləcək. Hər iki futbolçunun klubla 2020-ci ilə qədər müqaviləsi olsa da, onlarla sözləşmələrinə xitam verilmək üçün danışıq aparılacaq.
 
İsrafilov bu ilin yanvarında “Ximnastik”də “Alkorkon”a keçib. O, daha əvvəl İspaniyanın digər təmsilçiləri - “Kadis”, “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib.
 
Atası anqolalı, anası azərbaycanlı olan forvard 2015-ci ildən dəvət aldığı Azərbaycan millisində 8 oyuna çıxıb. Eddinin hazırlıq səviyyəsi yaxşı olmadığına görə yığmanın son oyunlarına çağırılmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30