29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Kukesi"nin sabiq çalışdırıcısı: "Qarabağ" albanlardan bir addım öndədi"

Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Olimpiya”nı mübarizədən kənarkaşdıran “Qarabağ” ikinci mərhələdə “Kukesi” ilə qarşılaşacaq. 2013/2014 mövsümündə “Kukesi”də baş məşqçi kimi fəaliyyət göstərmiş Naci Şensoy Futbolxeber.az saytına açıqlamasında bu görüş haqda danışıb. O, sabiq komandasını deyil, “Qarabağ”ı növbəti mərhələyə şansı görüb:

“Kukesi Albaniyanın kiçik şəhərlərindən biridi. Ona görə də onlar avrokubok oyunlarını Kukesidə yox, Tiranada oynayırlar. Çünki UEFA onların stadionuna lisenziya vermir. Mənim vaxtımda məşqləri belə Tiranada edirdik, oyunları Kukesidə keçirirdik. “Kukesi” – “Qarabağ” cütündə mən “Qarabağ”ı bir addım öndə görürəm. “Kukesi” də “Qarabağ” da hər mövsüm avrokuboklarda iştirak edirlər.

Ancaq “Qarabağ”ın böyük üstünüyü var. “Kukesi” hələ Çempionlar Liqasında qruplara qala bilməyib. “Qarabağ”ın isə bu mənada böyük təcrübəsi var. “Qarabağ” “Kukesi” ilə hər iki matça böyük inamla çıxacaq. Ona görə də şansları 49/51-ə Azərbaycandan yana görürəm. “Qarabağ” Sloveniya çempionunu mübarizədən kənarlaşdırdı, “Kukesi” isə “Valetta”nı. Hər halda Sloveniya futbolu Malta futbolundan üstündü.

Albaniya klublarının əsas özəlliyi bilirsiz nədi? İnadkar və asan təslim olmurlar. Bütün komandaları da xarakterlidi. İstənilən halda hər iki komandaya uğurlar arzu edirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31