28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ" play-offa yüksəlsə, hansı komandalarla qarşılaşa bilər?

UEFA Avropa Liqasında üçüncü mərhələyə çıxmış Ağdamın “Qarabağ” komandası İsveçin “Gefle” klubunu ələsə, püşk onun bəxtinə kimi qismət edə bilər? “Media forum” saytı bildirir ki, “Qarabağ” növbəti raunda çıxacağı halda zəiflər səbətində yer alacaq və güclü rəqiblə oynamalı olacaq. Mübarizəyə dördüncü mərhələdən başlayacaq yüksək reytinqli komandalar arasında İngiltərədən “Tottenhem”, İspaniyadan “Betis”, Almaniyadan “Ayntraxt”, İtaliyadan “Fiorentina”, Portuqaliyadan “Braqa”, Rusiyadan “Spartak” (Moskva), Hollandiyadan “Alkmaar”, “Feyenoord”, Ukraynadan “Dinamo” (Kiyev), “Dnepr”, Türkiyədən “Beşiktaş”, Belçikadan “Genk” var.

Üçüncü mərhələni adlayacaqları halda “Ştutqart” (Almaniya), “Rubin” (Rusiya), “Sevilya” (İspaniya), “Standard”, “Brügge” (hər ikisi Belçika), “Udineze” (İtaliya), “Hapoel” (Tel-Əviv, İsrail), “Makkabi” (Hayfa, İsrail), “Sent-Etyenn” (Fransa), “Lex” (Polşa), “Trabzonspor” (Türkiyə), “Suonsi” (İngiltərə), “Jilina” (Slovakiya) komandaları da “Qarabağ”ın potensial rəqibləri sırasında dayanacaqlar.

“Qarabağ”ın Çempionlar Liqasının üçüncü mərhələsindən ələnəcək klublardan birinə rəqib olması da mümkündür. Məsələn, PAOK (Yunanıstan), “Zalsburq” (Avstriya)...

Ağdamlılar birinci raundda Makedoniyanın “Metallurq” (hər iki oyunda 1:0), ikinci raundda Polşanın “Pyast” (2:1, 2:2) komandasını mübarizədən kənarlaşdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31