19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Uypeşt"in çalışdırıcısı: "Həlledici məqam üçüncü qol oldu"

"Fantastik oyunun və nəticənin şahidi olduq. Kim asan qələbə qazandığımızı düşünürsə, səhvə yol verir".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Uypeşt" klubunun baş məşqçisi Neboyşa Vinyeviç deyib. Macarıstan təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında "Neftçi"ni qəbul edib və qələbə qazanıb. İki oyunun nəticəsinə görə, "Uypeşt" mərhələ keçən tərəf olub.
 
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: "Neftçi" oyuna fərqli taktika ilə çıxmışdı. Cinaq oyunçularını dəyişmələri, bizə açılmaqda kömək etdi. "Neftçi" güclü komandadır. Rəqib 60-cı dəqiqədə yaxşı əks-hücum qurdu. Bizim üçün həlledici məqam üçüncü qol oldu. Rəqib bundan sonra özünü itirdi və biz qələbəyə nail olduq. Bakıdakı matçdan sonra bizi tənqid edənlər isə üzr istəsələr, yaxşı olar. Azarkeşlərimizə təşəkkür edirəm. Daha çox fanat gözləyirdim. İnanıram ki, növbəti görüşümüzə daha çox azarkeşimiz gələcək".
 
İspaniya "Sevilya"sı ilə növbəti mərhələ görüşləri barədə fikirlərini bildirən Vinyeviç, bu komandadan çox şey öyrənmələrinin gərəkliyini söyləyib: "Sevilya" son illər bir neçə dəfə Avropa Liqasının qalibi olub. Bugünkü oyunda nəticə də mənə növbəti görüşə hazırlaşmaqda kömək olacaq". 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30