29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

"Qarabağ" "Kukesi" səddini də keçəcək"

“Bu cür oyunlarda adətən oyun yox, nəticə önəmli olur. “Qarabağ” da nəticə üçün oynadı və istədiyini qazandı”.

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında “Qarabağ”ın sabiq forvardı Samir Musayev deyib.

Musayev Ağdam təmsilçisinin Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Olimpiya” ilə cavab qarşılaşmasında nümayiş etdirdiyi futbol barədə danışıb. Bununla yanaşı “Qarabağ”ın ikinci mərhələdəki rəqibi “Kukesi” haqda da fikirlərini bildirib: “Qarabağ” oyun cəhətdən də “Olimpiya”ya qarşı pis oynamadı. Əsas odu ki, nəticə qazanıldı. Yeni oyunçular da yaxşı oynadı. Oyundan-oyuna daha da yaxşı oynayacaqlar. Qurban müəllim “Olimpiya” ilə oyunda zəif tərəfləri gördü və növbəti oyunda daha yaxşı “Qarabağ” görəcəyik. Növbəti rəqibin kimliyi vacib deyil. Əsas odu ki, uğurlu nəticə qazanaq. İnanıram ki, “Qarabağ” “Kukesi” səddini də keçəcək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31