29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ"ın qapıçısı: "Kamran Ağayevi əsas heyətdən sıxışdırıb çıxarmışdım"

"Məşqçimiz dəfələrlə vurğulamışdı ki, çox çətin olacaq. Biz hər oyuna nəticə qazanmaq üçün çıxırıq. Amma mərhələ adlamaq istəyirsənsə, nəticəyə oynamağı da bacarmalısan. Çətin oldu, amma hədəfimizə çatdıq."
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın qapıçısı Vaqner da Silva Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Sloveniya "Olimpiya"sı ilə heç-heçə (0:0) etdikləri oyundan sonra deyib. Braziliyalı qolkiper daha sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- Qapıda çox rahat görünürdünüz. Adaptasiya mərhələsini tez keçdiniz?
- Adaptasiyanı tam keçdiyimi demək olmaz. Bu, təcrübədən irəli gəlir. İlk oyundan öncə Braziliyada tətildə idim. 4 məşqdən sonra isə "Olimpiya" ilə oyuna çıxdım. 1 həftə də artıq məşqlər etdim. Psixoloji cəhətdən hazıram.
 
- Amma bu oyunlarda çərçivənə demək olar ki, zərbə endirilmədi...
- Sizinlə razıyam. Bu tip oyunlar çox çətin olur, baxmayaraq ki, qapıya zərbələr gəlmir. Çərçivəyə zərbə vurulmur və sənin də fikrin yayına bilər. Bütün 90 dəqiqə diqqətli olmaq lazımdır. Ardıcıl zərbələr qapıçıya asan olur, öyrəşirsən.
 
- "Qarabağ"a adaptasiya olmaq sizin üçün çətin olmayacaq?
- Kiçik ölkələrin çempionatlarını izləməyi nədənsə çox sevirəm. Emin Mahmudovla Kamran Ağayevlə "Boavişta" klubunda olanda söhbət edirdik. Azərbaycan futbolu haqqında da danışmışıq. "Qarabağ"ın matçlarını Çempionlar Liqasında izləyirdim. Ağdam klubunun oyun sistemini çox bəyənirəm. Qurban Qurbanovun yaxşı taktikası var. "Qarabağ"a adaptasiya olmaq çətin olmayacaq.
 
- Hannes Halldorssonun "Qarabağ"da əsas qapıçı olacağı gözlənilir. Əsas heyətə düşmək sizin üçün çətin olacaq?
- Qətiyyən! Bu məni narahat etmir. Əvvəlcə onunla müqavilə imzalanıb. Mən "Muskrona"a gələndə İsrail millisinin üzvü əsas qapıçı idi, amma onu heyətdən sıxışdırdım. "Boavişta"da isə Azərbaycan millisinin qolkiperi Kamran Ağayevi sıxışdırdım və əsas qapıçı oldum. Ona görə də çətinlik olmayacaq. Bu, mənim xoşuma gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31