26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: "Vacib məsələ olsa Raufa müraciət edə bilərik"

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Olimpiya” klubunu qəbul edib və 0:0 hesablı heç-heçə edib. İlk matçda 1:0 hesabı ilə qalib gələn Ağdam klubu mərhələ adlayan tərəf olub.
 
Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov fikirlərini bölüşüb:
 
- Futbolçularımı qələbə münasibətilə təbrik etmək istəyirəm. Belə havada mübarizə aparmaq alqışalayiqdi. Çox yaxşı komandaya qarşı oynadıq. Futbolçularımız sona qədər düşündülər. “Olimpiya” bizi düşündürən ən vacib komandalardan biri idi. Şükürlər olsun ki, mərhələ keçən tərəf olduq. Dəstəyə görə azarkeşlərimizə təşəkkür edirəm. Bundan sonra bütün oyunlarımız çətin, ağır olacaq. Komandalar ildən-ilə bizə qarşı ciddi hazırlaşırlar və bu, bizə problmlər yaradır. Hər bir halda, buna hazır olmalıyıq. Düşünürəm ki, daha yaxşı oyun göstərməyə qadirik.
 
- Dani Kintana oyunun gedişində zədələndi. Onun durumu necədir?
- Daninin zədəsi ciddi ola bilər. Buna sabah tam aydınlıq gələcək. Düşünürəm ki, qarşıdakı oyunda bizə kömək edə bilməyəcək.
 
- Növbəti mərhələdə “Kukesi” ilə qarşılaşacaqsınız. Bu rəqib haqda nə deyə bilərsiniz?
- “Kukesi” barədə məlumatım yoxdur. Albaniya klubları böyük xarakterə malik olurlar. Bizi rahat oyun gözləmir. Bu oyuna həddindən artıq məsuliyyətli yanaşmalıyıq.
 
- Komandada hücumçu problemi açıq-aşkar görünür.
- Belə oyunlarda futbolçuları daha yaxından tanıyııq. İlk oyun olduğu üçün çatışmazlıqlardan danışa bilmərik. Həm hücumçularımız, həm də cinah oyunçularımız qol vumağa çalışmalıdırlar. Bir neçə yaxşı imkanımız oldu, amma yararlana bilmədik. Hazırda əlimdən olan oyunçularımdan razıyam. Hücum xəttinə oyunçu axtarışlarını davam etdiririk.
 
- Rauf Əliyev bir müddət “Kukesi”də çıxış edib. Albaniya klubu haqda ondan məlumat almaq niyyətində deyilsiniz?
- Vacib məsələ olsa, müraciət edə bilərik. Amma düşünürəm ki, komanda haqqında məlumat toplaya bilərik. Hər hansı kiçik məlumat da bizim üçün faydalı ola bilər.  Buna görə, ondan soruşa bilərik.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30