28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

İyulun 19-da Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşacaq.
 
Futbolxeber.az klubun saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” matçın keçiriləcəyi Differdanj şəhərinə bu gün gecə saatlarında yola düşəcək. Sabah səhər Lüksemburqa çatacaq “Qəbələ” “Hilton” otelində məskunlaşacaq. Qəbələ klubunun səfərdəki ilk məşqi sabah baş tutacaq. Komanda günün ikinci yarısında hazırlıq keçəcək.
 
“Proqres” - “Qəbələ” matçı öncəsi “qırmızı-qaralar”ın məşqi və baş məşqçi Sənan Qurbanovun mətbuat konfransı keçiriləcək. Qarşılaşmadan bir gün əvvəl - iyulun 18-də Bakı vaxtı ilə 21:00-da 38 yaşlı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 21:30-da isə “Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq.
 
"Proqres” və “Qəbələ” arasında cavab oyunu iyulun 19-da Differdanj şəhər Munisipal stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. “Qəbələ” ilk oyunda “Proqres”ə 0:2 hesabı ilə məğlub olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31