20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Baltsan"dan zəif deyilik, onlardan üstün cəhətlərimiz çoxdu" - MÜSAHİBƏ

“Keşlə”nin hücumçusu Amil Yunanov Futbolxeber.az saytına müsahibə verib. Malta klubu ilə oyun barədə danışan Yunanov növbəti mərhələ şanslarını dəyərləndirib:
 
- “Baltsan”la ilk görüşdə nələr baş verdi? Komandanız nəyə görə 1:4 hesabı ilə uduzdu?
- Düzünü desəm, belə hesab gözlənilməz oldu. Amma belə şeylər olur, bu məğlubiyyəti unutmaq lazımdı. Cavab oyununa hazırlaşmalıyıq.

- Oyundan öncə “Keşlə”nin bu cür hesabla uduzacağını, ümumiyyətlə uduzacağını düşünənlər az olardı. Özünüz üçün necə, gözlənilməz olmadıki məğlubiyyət?
- Belə məğıub olacağımızı gözləmirdim. Ancaq dediyim kimi futbolda belə şeylər olur. Hər rəqibə ciddi yanaşmaq lazımdı.

- Həqiqətənmi “Keşlə” “Baltsan”dan hesabdan gördünüyü qədər zəifdi?
- “Baltsan”dan zəif olduğumuzu deməzdim. Hətta onlardan üstün cəhətlərimiz də çoxdu. Sadəcə ilk oyunda belə alındı.
 
- “Baltsan”ın vurduğu qolların demək olar hamısı ev tapşırığı idi. Demək olar ki, “Keşlə” “Baltsan”ı yox, “Baltsan” “Keşlə”ni daha yaxşı analiz edib?
- Rəqib bizi əks-hücumlarda yaxşı tutdu və səhvlərimizdən istifadə etdi. Deməli bizi yaxşı analiz etmişdilər.
 
- İlk oyundakı məğlubiyyəti unuda bilmisiz?
- Əlbəttə ki, Maltadakı oyunu yaddan çıxardıb cavab qarşılaşmasına hazırlaşmaq lazımdı. Maltadakı oyunla yaşamaq olmazki.
 
- Hazırlıqlar necə gedir, rəqibə hansı sürprizi hazırlamısız?
- Dünəndən etibarən hazırlıqlara başlamışıq. Komandadakı hər şey də çox yaxşıdı. Hələ ki, hər hansı sürprizimiz yoxdu.
 
- Cavab matçında “Baltsan”a üç cavabsız qol vura biləcəksiz? Buna gücünüz çatacaq?
- Əlbəttə ki, biz evdə “Baltsan”a 3-4 qol vuracaq gücdəyik. Ancaq oyuna çox ciddi və yaxşı hazırlaşmaq lazımdı.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30