25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Proqress" bizə Qəbələdə iki qol vurdu, biz niyə onlara səfərdə qol vurmayaq?"

“Qəbələ”nin yarımmüdafiəçisi Qismət Alıyev Futbolxeber.az saytına müsahibə verib:

- “Qəbələ” ilk oyunda “Proqress”ə evdə 0:2 hesabı ilə uduzdu. Görüşü ümumi necə dəyərləndirirsən?
- Birinci oyunumuz idi, özü də Qəbələdə keçirilirdi görüş. İstəyirdik ki, Sənan Qurbanovun dediklərini meydanda edib yaxşı nəticə qazanaq. Oyunda səhvlərimiz də oldu. Ancaq hələ qarşıda cavab oyunu var. Həminki səhvləri etməməyə çalışacağıq.

- Necə düşünürsən, “Qəbələ”nin oyun ərzində əsas problemi nə oldu?
- Deməzdim ki, nəsə problem oldu. Sadəcə birinci oyun idi. Qarşıda hələ cavab matçımız var, çalışıb hər şeyi yaxşıya doğru çevirəcəyik.

- Özünüz üçün gözlənilməz oldumu bu məğlubiyyət?
- Avropa Liqasında zəif komanda yoxdu. Hər şey öz əlimizdədi. Məşqlərdə də canla-başla işləyirik , ikinci oyuna hazırlaşırıq.

- Hazırda vəziyyətiniz necədi, özünüzə gələ bilmisiz?
- Komandada hər şey yaxşıdı. Birinci oyunu yaddan çıxartmışıq. Yenə deyirəm ki, səhvlərimizin üzərində işləyirik.

- Lüksemburqdakı oyun üçün hər hansı sürpriz hazırlaya bilmisiz?Növbəti mərhələyə adlamaq şanslarını faizlə necə dəyərləndirirsən?
- Şans hər zaman var. Bizi qarşıda cavab görüşü gözləyir.

- Sənan Qurbanovun komandaya göstərişi, komandadan istədiyi nədi? Lüksemburqda yerli komandaya qollar vura bilərik?
- “Proqress” Qəbələdə bizə iki qol vurdu biz nəyə görə onlara səfərdə qol vurmayaq? Əlimizdən gələni edəcəyik ki, “Qəbələ” sevənləri sevindirək.

- Rəqib komandanın heyətində Lüksemburqda Aleksandr Karapetyan da oynayacaq. Hansı ki, komandanın aparıcı qolçusudu. Onun erməni olması oyun ərzində sizi aqressivləşdirməyəcəkki?
- Rəqib komandada hansı futbolçu oynayır-oynasın, fərqi yoxdu. Bu dəqiqə biz o barədə düşünmürük. Sadəcə olaraq oyunu düşünürük.

- Uğursuzluq olsa mövsümöncəsi sizin üçün böyük zərbə olacaqmı?
- İstəyirik səfərdən yaxşı nəticə ilə qayıdaq. Düşünmürəm ki, uğursuzluq bizə hər hansı zərbə vursun.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30