19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Asif Məmmədov: "Hər bir oyunçunun yoxluğu təsir edir"

“Birinci oyunumuz idi, yeni komandayıq. Rəqib elə komanda deyil ki, səfərdə onlara 3 qol vura bilməyək”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov deyib. “Qırmızı-qaralar” Avropa Liqasının I təsnifat mərhələsində evdə “Proqres”ə 0:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra fikirlərini bildirən futbolçu buna baxmayaraq, ümidini itirmir.
 
Komandanı meydana kapitan kimi çıxaran Məmmədov səfərdə 4 qol vuracaqlarına inanır: “Bu oyun heç nə göstərməyə bilər. Rəqibi də yaxşı tanımırdıq. Kobud səhvlərdən qol buraxdıq. Fərqlənmək imkanlarımız oldu, yararlana bilmədik. Onu deyə bilərəm ki, bu rəqibə səfərdə 4 qol vura bilərik. Onlar burda 2 qol vurdularsa, niyə də səfərdə onları 4 dəfə mərkəzə dəvət etməyək? Əminəm ki, mərhələni adlayan tərəf biz olacağıq”.
 
32 yaşlı orta sahə oyunçusu əsas kapitanı Cavid Hüseynovun yoxluğuna da toxunub: “Heyətimiz elədi ki, hər bir oyunçunun yoxluğu təsir edir. Çünki ehtiyat qüvvə elə də geniş deyil. Cavidin də yoxluğu bu gün öz mənfi təsirini göstərdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30