19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"3:1 yaxşı hesabdı, ancaq hələ növbəti mərhələdə deyilik"

"İlk dəqiqələrdən oyuna yaxşı kökləndik. Qapımızda erkən qol buraxmağımıza baxmayaraq, toplarlanıb vacib qələbə qazandıq. Matçda isə gözlənilmədən qol buraxdıq. Ani səhvdən rəqib yararlandı. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, rəqibin boşluqlarından istifadə etdik və qollar vurduq". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Dario Frederiko deyib. 

"Uypeşt"lə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran braziliyalı cavab qarşılaşması barədə də danışıb: "Komandaya hələ tam uyğunlaşdığımızı demək olmaz. Baş məşqçimiz hələ ki, komandanın təməlini qurur. Yeni gələnlər də bu sistemə artıq öyrəşməlidilər.

Əlbəttə, 3:1 yaxşı nəticədi. Ancaq hələ növbəti mərhələdə deyilik. Cavab görüşünə ciddi hazırlaşıb, səfərə yaxşı nəticə üçün getməliyik.
 
"Uypeşt” evdə oynayacaq. Doğma azarkeşlər önündə çıxış etmək əlavə motivasiya deməkdi. Çünki azarkeşlər onların 12-ci oyunçuları olacaq. "Uypeşt” hər bir rəqibə təhlükə yaratmağı bacarır. Bu üzdən səfərdə baş məşqçinin tapşırıqlarına düzgün əməl etməyə çalışacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30