21 Iyul 2018, Şənbə
"Neftçi"ni darmadağın oldu
"Qəbələ" qələbə qazansa da...
"Keşlə" Avroliqayla vidalaşdı
“Səbail” “Sivasspor”a uduzdu

Ölkə futbolu

Rok Kronaveter: "Bakıda sürpriz nəticəyə imza ata bilərik"

"Oyundan sonra baş məşqçimiz dedi ki, başımızı aşağı salmayaq. Bu hələ son deyil, sadəcə duelin ilk hissəsidi". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Olimpiya"nın yarımmüdafiəçisi Rok Kronaveter deyib.

Çempionlar Liqasının birinci təsnifat mərhələsinin "Qarabağ"la oyunundan sonra Sloveniyanın Siol nəşrinə danışan sloveniyalı oyunçu cavab qarşılaşmasında uğurlu nəticə qazanacaqlarına inanır. Onun sözlərinə görə, "Olimpiya" Bakıda sürpriz nəticə göstərə bilər: "Biz uğurlu nəticə qazana biləcəyimizə inanmalıyıq. Biz "Qarabağ"ın necə oynadığını gördük. Evdəki görüşdə biz "Qarabağ"a qarşı pressinqlə oynamalı idik. Bunu da etdik. Yaxşı hazırlaşmışdıq, ancaq alınmadı. Şanslarımız da az deyildi. İki-üç qol imkanlarımız oldu, sadəcə bunu reallaşdırmaq lazım idi. 

Bakıdakı görüşdə biz hücumda daha aqressiv oynayıb, qol imkanları yaratmalıyıq. Biz sürpriz nəticə göstərə bilərik. Növbəti mərhələyə adlamaq şansımız var".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2018
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31





Click to Visit