22 Sentyabr 2018, Şənbə
"Qarabağ" Lissabonda nəticə qazana bilərdi"
"Qarabağ" "Sportinq"lə bacarmadı
TPL-də 4-cü turun rəmzi komandası
"Sportinq"ə sürpriz etmək istəyirik"

Ölkə futbolu

Roberto Bordin: "Uypeşt” mərhələsini keçməmiş “Sevilya” haqda düşünmək mənasızdı"

“Neftçi”nin sabah Avropa Liqasının birinci mərhələsində “Uypeşt”lə qarşılaşacaq.

Futbolxeber.az saytının məluBu gün isə “Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransında iştirak edib:

“Yeni mövsümün başlamasına görə xoşbəxtik. Öz azarkeşlərimizin qarşısında oynamaqdan yana şadıq. Birinci oyun hər zaman önəmlidi. “Uypeşt” güclü komandadı. Onlar bu oyun üçün yaxşı hazırlaşıblar. Biz də son ayı boş keçirməmi.ik, yaxşı hazırlaşmışıq. Birinci oyuna yaxşı başlamaq istəyirik. Oyunçularımız da birinci oyun üçün hazırdı. Biz hazırıq və xoşbəxtik ki, yerli azarkeşlər qarşısında oynayacağıq.

- İlk oyununa çıxacaqsınız. Heyəti müəyyənləşdirmisiz, açıqlaya bilərsiz?
- Deyə bilərəm ki, çox xoşdu birinci oyunu oynamaq. Heyəti barədə onu deyə bilərəm ki, biz də 11 nəfərlə oynayırıq, onlar da. Siz də oynamaq istəyirsiniz?

- Yoxlama matçlarında qələbə qazanmısınız. Bu məqam hansı təsirini göstərə bilər komandaya?
- Nəticə hər zamanvacibdi. Amma yoxlama görüşlərində əsas olan şey oyunçuların bir-birini tanıması və fiziki hazırlıqdı. Qələbə hər zaman qələbə gətirir. Biz fiziki göstəricilərimizi artıraraq, bu oyunda da qələbə qazanmaq istəyirik.

- Yoxlama görüşlərindəki rəqibləriniz ad baxımından güclü deyildi. Rəqibləri daha güclü seçmək olmazdı? Bəlkə məğlub olmaqdan çəkinirdiz...
- Yoxlama görüşləri futbolçuların fiziki göstəricəlir üçün yaxşıdı. Bütün oyunçulara şans vermək üçün yaxşıdı. Yoxlama görüşlərindəki rəqiblərin fərqi yoxdu. Əsas odu oyunçular hamısı şans qazandı. Hələ “Uypeşt” mərhələsini keçməmiş “Sevilya” haqda düşünmək mənasızdı.

- Yoxlama görüşlərində də 4-3-3 sxemi ilə oynamısınız. Düşünürsünüz ki, futbolçular yeni sistemə uyğunlaşıb?
- Məndən əvvəlki məşqçilərin taktiki sxemləri və əllərində olan oyunçularından xəbərsizəm. Mənə ən xoşuma gələn taktiki sxem 4-3-3-dü. Ona görə bununla başlamaq istəyirəm. Amma bu o demək deyil ki, bu belə olacaq. Ola bilsin ki, dəyişsin taktiki sxem gedişatda.

- Komanda fiziki cəhətdən nə qədər artırıb?
- Biz yaxşı fiziki hazırlıqlar keçdik. Fiziki cəhətdən yaxşı inkişaf etmişik. Amma 100 faiz inkişaf etdiyimizi deyə bilmərəm. Çempionat başlayana qədər tam fiziki hazırlıq olacaq. Əsas odu ki, sabahkı oyuna fiziki cəhətdən hazır olaq. Məncə, sabahkı oyuna da fiziki cəhətdən hazırıq. Əsas məsələ futbolçuların açıqbeyinlə meydana çıxması, var gücü ilə mübarizə aparmalıdı. “Uypeşt” güclü komandadı, diqqətli olmalıyıq.

-  "Uypeşt”i keçsəniz “Sevilya” ilə qarşılaşacaqsınız. Bu sizin motivasiyanızı azaltmırki?
- "Sevilya” haqda heç nə düşünmürük. Əsas vacib işimiz iki oyun haqdadı.

- "Neftçi”də olan azərbaycanlı futbolçuların potensialı sizi nə dərəcədə qane edir?
- Əcnəbilər və yerli oyunçularla yaxşı anlaşma yaradıblar. Ümid edirəm ki, cavanlar da artıracaq və daha çox dəvət olunacaq. Gənc oyunçular da daha çox inkişaf edəcək. Gənclərimizdən razıyam, hətta onlar U-21 yığmasında da oynayırlar. Onlar təcrübəli oyunçularla birlikdə daha yaxşı olacaqlar. Yerli gənclərdən də razıyam.

- Kvame Karikari toplanışa gec qoşuldu. Sabah oynamaq ehtimalı var?
- Karikari xarizmatik və güclü oyunçudu. Onun potensialı imkan verir ki, sabah oynasın. Ancaq kimin oynayıb, kimin oynamayacağını deyə bilmərəm. Son məşqdən sonra bu barədə düşünəcəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30





Click to Visit