29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ" yaxşı komanda olsa da, biz özümüzə inanırıq"

Sloveniya "Olimpiya"sının kapitanı Branko İliç Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb. 
 
Futbolxeber.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi mətbuat konfrasında "Qarabağ"ın Bolqarıstandan "Ludoqorets" və "Dinamo" (Kiyev) ilə Avstriya toplanışındakı yoxlama oyunlarına baxdıqlarını bildirib.
 
Onun fikrincə, Azərbaycan təmsilçisi bu görüşlərdə yaxşı oynamaq üçün lazımi keyfiyyətə malik olduğunu göstərib: "Bununla yanaşı, komanda ciddi dəyişikliyə məruz qalıb və elə də optimal formada deyil.
 
"Qarabağ" yaxşı komanda olsa da, biz özümüzə inanırıq və inkişafa nail olmuşuq. Fikrimcə, mərhələ adlayacağımıza ümid edə bilərik. Düşünürəm ki, indiyədək yaxşı işlər görmüşük". 
 
İliç yeni baş məşqçi İliya Stolitsanın oyun üslubundan da danışıb: "Stolitsa rəqibi bizim oyunla ayaqlaşmağa məcbur etməyimizi istəyir.
 
Biz bunun üzərində işləyir, təhlillər aparır, səhvlərimizi düzəldirik. Qələbə qazanacağımıza söz verə bilmərəm. Çox yaxşı oynamağa çalışacaq və ötənilki nəticəni təkrar etməmək üçün hər şeyi edəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31