26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Olimpiya"nın futbolçusu: "Qarabağ" bizim üçün keçilməz rəqib deyil" - MÜSAHİBƏ

Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi "Olimpiya" komandası olacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, Sloveniya klubunun aparıcı üzvü Rok Kronaveter yerli mətbuata müsahibə verib:
 
- Rusiyada dünya çempionatı davam edən bir vaxtda sizin üçün Çempionlar Liqası başlayır. Bu barədə nə deyəcəksən?
- Heç bir problem yoxdu. Biz ancaq “Qarabağ”la oyuna konsentrasiya olunuruq. Dünya çempionatı isə bizim üçün ikinci plandadı. Bilirik ki, Çempionlar Liqasında ikinci mərhələyə adlamaq üçün yaxşı şansımız var. Mövsümü yaxşı keçirib, çempion olduq. Bunun hamısı Çempionlar Liqasına görə idi.
 
- “Qarabağ” sizin üçün keçilməz rəqib deyil?
- Xeyr, "Qarabağ" bizim üçün keçilməz rəqib deyil. “Qarabağ” yaxşı komandadı, ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Amma mövsümün əvvəli bütün komandalar üçün çətindi. Bu bizim üçün şansdı. Səhv etmirəmsə, “Qarabağ”da heyət də dəyişib. Ola bilsin ki, onların oyunu əvvəlki kimi olmasın. Üstəlik onların bizi qiymətləndirməməsi də xeyrimizədi.
 
- 20 il əvvəl Sloveniya klubları Azərbaycandan rəqib düşəndə asanlıqla rəqibi keçəcəyini düşünürdülər. Ancaq indi rəqibin “Olimpiya”nı qiymətləndirməməsinə ümid edirik...
- Bu təəccüblü deyil. Azərbaycanda futbola böyük yatırımlar oldu. Klublarda legionerlər çoxdu, bu da nəticə verir. “Qarabağ” bizim üçün püşkatmada istədiyimiz rəqib deyili. Ancaq biz püşkatmanı dəyişə bilmərik. Əgər Çempionlar Liqasında oynamaq istəyirsinizsə, istənilən rəqiblə bacarmalısınız. Mən inanıram ki,
“Qarabağ”a qalib gələ bilərik.
 
- “Atletiko”nun qapıçısı Yan Oblakdan “Qarabağ” haqda fikir öyrənmisiniz? Hər halda o, ötən mövsüm “Qarabağ”a qarşı oynayıb...
Xeyr. Amma mən bilirəm ki, kapitanımız Branko İliç “Qarabağ” haqda məlumatı olanlarla danışıb. Çox material toplamışıq. İstənilən halda rəqib təəccübləndirə bilər biiz.
 
- Bilirsiz ki, “Qarabağ” İslandiya millisinin qapıçısı, Lionel Messinin penaltisini qaytaran Hannes Haldoursonu transfer edib?
- Bu onu göstərir ki, “Qarabağ” Çempionlar Liqasında oynamaq istəyir. Amma bu da bizim üçün motivasiyadı. Messinin qol vura bilmədiyi qapıçıya bizim qol vurmağımız üçün yaxşı motivasiyadı.

(siol.net)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30