19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Deyə bilmərəm ki, "Səbail" qarşıdakı mövsüm Avropa Liqasında olacaq"

“Məşqlərimiz öz qaydasında gedir. Sabah “Sabah” komandası ilə oynayacağıq. İstirahətdən sonra özümüzə gəlməyə çalışırıq”.

Bunu Futbolxeber.az saytına açıqlamasında “Səbail”in forvardı Ruslan Qurbanov deyib.

O, digər komandaların etdikləri transferlər barədə danışıb. Bununla yanaşı qarşıdakı mövsüm üçün yeni komandasının məqsədlərindən söz açıb: “Bir az öncə gördüm ki, Ronaldo “Yuventus”a keçə bilər. Bu transfer məni təəccübləndirdi.

Özümüzə gəlincə, Aftandil Hacıyevin bizdən tələb etdiyi futbolu oynamalıyıq. Futbol elədi ki, necə olacağını öncədən bilmirsən. Deyə bilmərəm ki, “Səbail” qarşıdakı mövsüm Avropa Liqasında olacaq. Ancaq onu deyə bilərəm ki, biz hər oyuna nəticə üçün çıxacağıq. Sonda biləcəyik ki, biz Avropa Liqasına yollanmağa haqq qazanmışıq, ya yox”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30