19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Daniyel Subotiç: "Riçard Almeyda Qazaxıstanda ən yaxşılardan olacaq"

“Qəbələ”nin sabiq forvardı, hazırda Qazaxıstanın “Şaxtyor”(Karaqanda) klubunda çıxış edən Daniyel Subotiç Futbolxeber.az saytına açıqlama verib.

O, saytımıza açıqlamasında Riçard Almeydanın “Astana”ya keçidinə münasibət bildirib. Forvard millimizin üzvü haqda xoş sözlər səsləndirib: “

“Bəli, Almeydanın “Astana”ya keçməsindən xəbərdaram. Onun “Astana”ya keçidini burada hamı gördü. Fikrimcə, “Astana” yaxşı transfer edib. Çünki Almeyda çox yaxşı futbolçudu. Mən “Qəbələ”də oynayanda mənə görə Azərbaycanın iki güclü yarımmüdafiəçisi var idi. Onlardan biri Riçard Almeyda, digəri isə Cavid Hüseynov idi. Almeyda sadəcə olaraq super futbolçudu.

Yəqin ki, Roman Qriqorçuk özü Almeydanı “Astana”ya dəvət edib. Şəxsən mənə belə gəlir. Roman Qriqorçuk özü də Azərbaycanda işləyib. Yəqin ki, braziliyalının oyunu onun xoşuna gəlib. Məncə, Almeyda Qazaxıstanda ən yaxşı oyunçulardan biri olacaq. O, ən yüksək səviyyədə oynaya bilər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30