29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

"Mirabdulla "Neftçi"də yenə özünü sübut edəcək"

"Toplanış normal keçir, hər şey qaydasındadı. Bəzi futbolçular komandadan gedib, ancaq komandaya yeni qoşulanlar da var”. Bunu Futbolxeber.az saytına açıqlamasında “Zirə”nin futbolçusu Mirsahib Abbasov deyib.

Yarımmüdafiəçi qarşıdakı mövsüm komandasının Premyer Liqadakı iddiasından da danışıb: “Çempionat qarşıdakı mövsüm çətin keçəcək. Çünki rəqiblər güclüdü. Ancaq düşünürəm ki, biz də zəif deyilik. Gücümüzü göstərməyə çalışacağıq. Hələ mövsümün startına çox var. Kimin güclü, kimin zəif olduğunu zaman göstərəcək. Zəif olacağımızı düşünmürəm”.

Mirsahib “Neftçi”də çıxış edən qardaşı Mirabdulla Abbasov haqda da fikirlərini açıqlayıb: “Fikrimcə, Mirabdulla yenə də özünü sübut edə biləcək. Ötən mövsümdə də nəyə qadir olduğunu göstərib. İnşallah qarşıdakı mövsüm onun üçün daha da uğurlu alınar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31